Bakının Binəqədi rayonunda təkərdoldurma məntəqəsində partlayış baş verib. Bu barədə 4 mart tarixində APA məlumat verib.
Hadisə Binəqədi şosesində qeydə alınıb.
Belə ki, qaz balonunun partlaması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
Hadisə ilə əlaqədar araşdırma aparılır.