Bakıda adam öldürməkdə şübhəli bilinən tələbə cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə İnsanoid Binəqədi rayon prokurorluğuna istinadən bu gün, 8 fevral tarixində məlumat verir.
Bu gün saat 02:00 radələrində 21 yaşlı Əliəkbər Mərəyevin Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin yataqxanasında ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı Əliəkbər Mərəyevin adı çəkilən təhsil müəssisəsinin tələbəsi, 16 yaşlı otaq yoldaşı Elşad Muxtarov tərəfindən bıçaqla yetirilmiş xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Binəqədi rayon prokurorluğunda CM-in 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Elşad Muxtarov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
Araşdırma aparılır.