Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib. Bu barədə 31 mart tarixində APA məlumat verib.
Qəza Maştağa qəsəbəsində qeydə alınıb.
2002-ci il təvəllüdlü Rəcəbov Bilal Füzuli oğlu “Toyota Prius” markalı avtomobildə sükana nəzarəti itirib və nəqliyyat vasitəsi aşıb.
Hadisə zamanı sürücü aldığı xəsarətlərdən ölüb.
Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.
Araşdırma aparılır.