Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib. Bu barədə Report məlumat verib.
Zərərçəkənlərin, əsasən, qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, coraba ehtiyacları var.
Bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləri lazımdır.
Yardımlar Bakı şəhəri, Babək prospekti, 27, “Doğtaş” mebel mağazasında toplanır.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 381 nəfər ölüb, 20 426 nəfər yaralanıb. 5 775 bina dağılıb.
[gallery columns="1" link="file" size="full" ids="104522"]