Bakıda üçmərtəbəli binada yanğın olub. Bu barədə 18 aprel tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Bildirilib ki, Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 kvadratmetr olan 1 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və dam örtüyü 10 kvadratmetr sahədə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.