Bakıda usta təmir etdiyi avtomobili oğurlayıb. Bu barədə Report 16 fevral tarixində xəbər verib.
Paytaxtın Nizami rayonu ərazisindəki avtomobil təmiri sexlərinin birindən “Lexus” markalı avtomobili qaçırmaqda şübhəli bilinən, həmin sexdə usta işləyən Bakı şəhər sakini Qurban Əhmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.