Bakıda yaşayış binasında partlayış olub. Bu barədə 2 yanvar tarixində İnsanoid xəbər verir.
Hadisə Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində qeydə alınıb. Sosial şəbəkələrdə paylaşılan məlumata əsasən, 18-ci mərtəbədə yaşayan bina sakini partlayış dalğası nəticəsində pəncərədən yerə düşərək ölüb. Həmçinin mənzildə olan daha iki nəfərin öldüyü deyilir.
Partlayış baş verən əraziyə təcili tibbi yardım və yanğınsöndürən avtomobilləri cəlb olunub.
[video width="1280" height="720" mp4="https://insanoid.com/storage/thumbs/large/2023/01/video_2023-01-02_16-53-59_3.mp4"][/video]