Bakının Binəqədi rayonunda yaşayış binasında yanğın olub. Bu barədə 25 mart tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Belə ki, beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 120 kvadratmetr olan 3 otaqlı mənzilin zirzəmisindəki ev əşyaları 25 kvadratmetr sahədə yanıb. Mənzil yanğından mühafizə olunub.
Yanğın söndürülüb.