Bakıda yataqxana binasında yanğın olub. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən bu gün, 16 mart tarixində xəbər verir.
Bildirilib ki, paytaxtın Xətai rayonunda doqquzmərtəbəli yataqxana binasının altıncı mərtəbəsinin dəhlizində quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac və giriş kabeli 1 p.m yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.