Binəqədi rayonunun S.S.Axundov küçəsində Bakı şəhər sakini Cəbrayıl Qarayevin ölməsi barədə araşdırmalar sona çatıb. Bu haqda məlumatı İnsanoid bu gün, 23 dekabr tarixində Daxili İşlər Nazirliyinə istinadən verir.
Belə ki, dekabrın 13-də qeyd olunan ərazidə Cəbrayıl Qarayev yıxılaraq, kəllə-beyin xəsarəti ilə xəstəxanaya yerləşdirilib və 19 dekabr tarixində orada vəfat edib.
Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun dekabrın 12-də saat 18:00 radələrində həmin küçədə “JAC” markalı avtomobillə vurulması müəyyən olunub.
Görülmüş tədbirlərlə həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini Ələddin Bağırov saxlanılıb.