Bakının Sabunçu rayonunda 4 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Bu barədə 13 aprel tarixində Report məlumat verib.
Belə ki, 2019-cu il təvəllüdlü H.Ayazov yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.