Bakıdakı Dünya Kubokunun açılış mərasimi keçirilib. Bu barədə 9 mart tarixində Report məlumat verib.
İlk olaraq gimnastlar iştirakçı ölkələrin bayraqları ilə paraddan keçiblər.
Azərbaycan Dövlət Himni səsləndikdən sonra yarış açıq elan edilib.
Milli Gimnastika Arenasında keçirilən turnirdə Azərbaycan da daxil olmaqla, 48 ölkədən 173 gimnast müxtəlif proqramlarda çıxış edəcək.
Azərbaycanı yarışda Samirə Qəhrəmanova, Nazənin Teymurova, Nikita Simonov və İvan Tixonov təmsil edirlər.
Qeyd edək ki, bu gün kişilər arasında sərbəst hərəkətlər paralel qollarda, halqalarda, qadınlarda isə dayaqlı tullanma müxtəlif hündürlüklü qollarda olmaqla təsnifat yarışları baş tutacaq.