Paytaxtın Həsən Əliyev küçəsinin bir hissəsində yol çöküb. Bu barədə Baku.WS 16 yanvar tarixində məlumat verib.
Hadisəyə səbəbin son zamanlar yağıntıların çox olması göstərilir. O da bildirilir ki, yolun belə vəziyyətdə olması axşamlar həmin ərazidə tıxac yaranmasına səbəb olur.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlamasında bildirib ki, problem aidiyyəti üzrə şöbəyə yönləndirilib:
“Əməkdaşlarımız əraziyə baxış keçiriblər. Problemin kökünü araşdırıb, aradan qaldıracaqlar”.