Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir. Bu barədə 25 mart tarixində Report Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərliyə istinadən bildirib.
O qeyd edib ki, paytaxtın Neftçilər prospekti və akademik Zərifə Əliyeva küçələrində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir-bərpa işləri aparılır.
"Bunu nəzərə alaraq, sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik", - DYP rəsmisi söyləyib.
A.Əsgərlinin sözlərinə görə, asfalt örtüyünün dəyişdirilməsi martın 25-dən martın 26-sı axşam saatlarına qədər davam edəcək.