Yenilənib-11:23
Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları küçəsində restoranda baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Bakının mərkəzində kafe yanır-11:04
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsində restoranda yanğın olması barədə ilkin məlumat daxil olub. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 20 aprel tarixində xəbər verir.
Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam edir.
Əlavə məlumat veriləcək.