Bu gün, 31 dekabr tarixində bayram konsert proqramları baş tutacaq. Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.
Gün ərzində saat 15:00-dan 16:00-a kimi şəhərin mərkəzində üç yerdə - Natəvanın heykəlinin qarşısı, Xaqani bağı və Fəvvarələr meydanında konsert proqramları təşkil ediləcək.
Konsertlərdə muğam triosu, skripka triosu və cazmenlər maraqlı proqramlarını təqdim edəcəklər.