16 dekabr saat 10:00-dan 18 dekabr saat 22:00–dək Bakının Binəqədi rayonundakı "Baksol" yolunda avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə 12 dekabr tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib.
Məlumata görə, buna səbəb aparılan təmir işləridir.
“Sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur”, - məlumatda bildirilib.