Bakının Qaradağ rayonunun Sahil qəsəbəsinin sakinlərinə “Bakubus” MMC-yə məxsus avtobuslar xidmət göstərəcəklər. Bu barədə İnsanoid BNA-nın Mətbuat Xidmətinə istinadən bu gün, 19 aprel tarixində xəbər verib.
Bununla da qəsəbənin 50 000 nəfərə yaxın sakininin ictimai nəqliyyata əlçatanlığı təmin ediləcək.
149 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi də dəyişdirilərək “Sahil” metro stansiyasından Sahil qəsəbəsinə müəyyən edilib.