"BakuBus" MMC-nin sürücüsü 84 yaşlı piyadanı vuraraq öldürüb və hadisə yerindən qaçıb. Bu barədə 10 noyabr tarixində Report məlumat verib.
Hadisə noyabrın 9-da paytaxtın Yasamal rayonunda qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Məmişov Valeh Musa oğlu idarə etdiyi "BakuBus" MMC-yə məxsus "BMC" markalı 141 nömrəli marşrut avtobusu ilə hərəkətdə olarkən yolu keçmək istəyən 1938-ci il təvəllüdlü Dadayev Qesabulla İsgəndər oğlunu vuraraq hadisə yerindən uzaqlaşıb. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Fakta bağlı ”yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma” və “yol nəqliyyat hadisəsi yerindən qaçma” maddələri ilə cinayət işi başlanılıb.