Balakəndə bıçaqlanma hadisəsi baş verib. Bu barədə Report 18 aprel tarixində xəbər verib.
Balakən rayonunun Mahamalar kənd sakini, 58 yaşlı Bilal Piriyev aralarında yaranmış mübahisə zəminində həmyaşıdı, həyat yoldaşı R.Piriyevaya bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, hadisəni törədən şəxs saxlanılıb və qadının xəsarəti ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub.
Faktla bağlı rayon polis şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.