Balakəndə avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə 17 fevral tarixində Report məlumat verib.
Hadisə fevralın 16-da saat 21:40 radələrində Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Balakən rayonu ərazisindən keçən 138-ci kilometrliyində qeydə alınıb.
Belə ki, rayonun Meşəşambul kəndində yaşayan, 1991-ci il təvəllüdlü Behalov Ramazan Maham oğlu idarə etdiyi "Mercedes E220" markalı avtomobillə piyada, 1970-ci il təvəllüdlü Heydərov Zəkəriyyə Arzuman oğlunu vurub. Nəticədə sonuncu aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.