Bərdə rayon sakinlərindən narkotik vasitə aşkar edilərək götürülüb. Bu barədə 22 dekabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Rayon sakinləri Rafiq Zeynalov və Seymur Şükürov saxlanılıblar. Onların evində və üzərində aparılan axtarış zamanı marixuana aşkar edilərək götürülüb.
Adıçəkilən şəxslərlə bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.