Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər ölüb. Bu barədə 2 fevral tarixində Report məlumat verib.
Hadisə Bərdə-Ağdam yolunun Bərdə rayon Kətəlparaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" və "Niva" markalı minik avtomobilləri toqquşub.
Faktla bağlı araşdırma aparılır.