Bərdədə baş redaktor dələduzluğa görə həbs edilib. Bu barədə 17 noyabr tarixində Report məlumat verib.
Belə ki, “Tarixin səhifələri” adlı qəzetin baş redaktoru vəzifəsində çalışan Faiq Əzimzadə saxlanılıb.
Araşdırmalar zamanı onun vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq əməlləri törətdiyinə dair əsaslı şübhələr yaranıb.
Faktla bağlı “dələduzluq” maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.