Fevralın 2-də Bərdədə baş verən və beş nəfərin ölümü ilə nəticələnən ağır qəzanın bəzi təfərrüatları məlum olub. Bu barədə 4 fevral tarixində Oxu.az xəbər verir.
Qəzada ölən beş nəfərdən dördü bir ailənin üzvləridir.
Bunlar Bərdə rayonunun Qarağacı kənd sakinləri Baxşəliyev Məhərrəm Nüsrət oğlu, onun həyat yoldaşı Kərəmova Xalidə İsa qızı, qızları Məfdunə Baxşəliyeva və oğulları İlkin Baxşəliyevdir.
Qəza zamanı xəsarət alan ailənin kiçik övladı Fəridə Baxşəliyeva isə xəstəxanaya yerləşdirilib.
İlkin Baxşəliyev Daxili Qoşunların hərbçisi olmaqla yanaşı, Vətən müharibəsinin iştirakçısı olub. O, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Qəzada həlak olan Ceyhun Quliyev də Vətən müharibəsi iştirakçısıdır. Rayonun Birinci Qaradəmirçi kənd sakini ANAMA əməkdaşı olub. O, “Qubadlının azad olunmasına görə” medalına layiq görülüb.
[gallery columns="2" link="file" size="full" ids="104181,104180"]