Bərdədə qonşular arasında mübahisə əlbəyaxa döyüşlə sonlanıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 15 dekabr tarixində xəbər verir.
Hadisə noyabrın 21-də rayonun Nazırlı kəndində qeydə alınıb. Kənd sakini, 36 yaşlı Elgiz Məmmədov evinin həyətində qonşusu, 28 yaşlı Orxan Tofiq oğlu ilə mübahisə edərək ona zərbə vurmaqla sağlamlığına ağır zərər yetirib.
Dekabrın 14-də faktla bağlı Cinayət Məcəlləsinin “Qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.
E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb.