Bərdədə yanğın hadisəsi qeydə alınıb. Bu haqda İnsanoid Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 28 noyabr tarixində xəbər verir.
Rayonun Cəyirli kəndində ümumi sahəsi 36 kv.m olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın söndürülüb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.