Bayram günlərində, martın 19-dan 27-dək Bakı Metropoliteni 3 milyondan çox sərnişin daşıyıb. Bu haqda 28 mart tarixində Bakı Metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədova istinadən Trend xəbər verib.
Orta hesabla gün ərzində 360 min nəfər daşınıb. Eyni zamanda, ən çox sərnişin martın 19-da daşınıb – 421 min sərnişin, ən az sərnişin isə martın 20-də daşınıb – 215 min nəfər olub.
2022-ci ilin ilk iki ayı ərzində metro ilə 29,2 milyon sərnişin daşınıb.