Bayram günlərində rayonlara səfər edən sərnişinlərin paytaxta rahat geri qayıtmaları üçün sərnişindaşıma avtobuslarının sayı 3 dəfə artırılıb. Bu barədə martın 26-da Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən APA-ya məlumat verilib.
Martın 17-dən 24-dək ümumilikdə 54 mindən çox sərnişin regionlara daşınıb. Biletlər daha çox Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Balakən, Masallı və Lənkəran istiqamətlərinə alınıb.
Qeyd edək ki, gücləndirilmiş iş rejimi martın 27-dək davam edəcək.