Bakıda və Abşeron yarımadasında martın 27-də havanın buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə bəzi yerlərdə yağış yağacaq.
Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-6°, gündüz 12-17° isti olacaq.
Rayonlarda hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacaq, dağlıq ərazilərdə qar yağacaq. Ayrı-ayrı yerlərdə duman olacaq.
Havanın temperaturu gecə 2-7°, gündüz 13-18° isti, dağlarda gecə 2-7° şaxta, yüksək dağlıq ərazilərdə 10° şaxta, gündüz 2-7° isti olacaq.