Bakı Dövlət Universiteti 2022-ci il üçün fəlsəfə və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul elan edib. Bu haqda aprelin 5-də BDU məlumat yayıb.
Sənədlərin qəbulu mayın 5-dək elektron qaydada həyata keçiriləcək.
Sənəd təqdim etmək istəyən şəxslər Təhsil Nazirliyinin portal.edu.az saytında qeydiyyatdan keçməlidirlər.
Ətraflı məlumatı BDU-nun rəsmi internet səhifəsindən (www.bsu.edu.az, http://md.bsu.edu.az) əldə etmək olar.