Türkiyənin "Beşiktaş" klubu Azərbaycanda yoxlama görüşü keçirəcək. Bu barədə İnsanoid "Sabah" nəşrinə istinadən bu gün, 3 mart tarixində xəbər verir.
İstanbul təmsilçisi zəlzələdən əziyyət çəkənlərə yardım məqsədilə iki ölkədə yoxlama görüşü təşkil edəcək. "Ağ-qaralar" əvvəlcə bu ay milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə zamanı Almaniya təmsilçilərindən biri ilə üz-üzə gələcək. Hazırda Mönxenqladbax "Borussiya"sı və "Leyptsiq"lə danışıq aparılır.
Şenol Günəşin yetirmələri Super Liqanın bu mövsümkü təqviminə əsasən, istirahət edəcəkləri müddətdə - 9-30 aprel aralığında isə Azərbaycana səfər edəcəklər. "Qara qartal" adı açıqlanmasa da, Azərbaycanda bir yerli klubla xeyriyyə xarakterli yoxlama görüşü keçirəcək.