Sumqayıt şəhər sakini Vüqar Məmmədov "Mercedes" markalı avtomobillə Beyləqan rayonunun ərazisində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili Yuxarı Qarabağ kanalına aşırıb.
Bu barədə 30 yanvar tarixində Report məlumat verib.
Nəticədə sərnişinlər - Sura Balayeva və Rəşad Məmmədov hadisə yerində ölüblər. Sürücü V.Məmmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin o, xəstəxanada vəfat edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.