Biləsuvarda, Salyanda və Beyləqanda yanğın baş verib. Bu haqda 5 aprel tarixində Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Biləsuvarın Zəhmətabad kəndində sahəsi 256 m² olan ikimərtəbəli evin hər iki mərtəbəsi və çardağı yanıb. Salyan rayonunun Parça Xələc kəndində tövlənin yanar konstruksiyaları və içərisinə yığılan 6 ton ot bağlamasının 4 tonu yanıb. Beyləqan rayonunun Dünyamalılar kəndində 12 ton ot bağlaması və yaxınlıqda dayanan traktor qoşqusunun 3 ədəd təkəri yanıb.
Hər üç yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.