Biləsuvar Rayon Polis Şöbəsinə Nərimanabad kənd sakini B.Əbilovun odlu silahdan açılan atəşdən xəsarət alması barədə məlumat daxil olub. Bu barədə 13 fevral tarixində APA məlumat verib.
B.Əbilovun ehtiyatsızlığı nəticəsində tüfəngdən açılmış atəşdən xəsarət alması müəyyən olunub. Ondan qanunsuz saxladığı “Tula” markalı ov tüfəngi götürülüb və xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.