Biləsuvar şəhər sakinində silah-sursat aşkarlanıb. Bu haqda 8 fevral tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini E.Həsənov saxlanılıb. Ondan nömrəsi silinmiş “P-63” markalı tapança, 6 ədəd patron və 1 ədəd patron darağı götürülüb.
E.Həsənovun evinə baxış zamanı isə oradan “Zenet” markalı gecəgörmə cihazı da aşkar olunaraq müsadirə olunub.