Biləsuvar rayonunda bədbəxt hadisə baş verib. Bu barədə 20 aprel tarixində Report məlumat verib.
Hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.
Belə ki, rayonda fəhlə işləyən kənd sakini, 2003-cü il təvəllüdlü Dadaşov Həbib Adıgözəl oğlu əllə idarə olunan dəmir konstruksiyalı yem aparatını dartıb apararkən onu aşağı endirməyib. Nəticədə aparatın yuxarı hissəsi həmin ərazidən keçən yüksək gərginlikli elektrik xəttinə dəyib və H.Dadaşovu elektrik cərəyanı vuraraq öldürüb.
Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.