Biləsuvar rayonunda zəlzələ olub. Bu barədə İnsanoid Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosuna istinadən bu gün, 8 mart tarixində xəbər verir.
Qeyd olunub ki, təkanlar yerli vaxtla saat 10:14-də Cəlilabad stansiyasından 20 km şimalda Biləsuvar rayonunda qeydə alınıb.
Maqnitudası 4.2, dərinliyi 37 km olan zəlzələ ətraf rayonlarda 3 maqnitudaya qədər hiss olunub.