Biləsuvar rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən avtoqəza baş verib. Bu barədə 10 fevral tarixində Report məlumat verib.
Hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb. Qəza zamanı Xırmandalı kənd sakini - 60 yaşlı Ə.Abdullayev, 49 yaşlı N.Quliyeva, 24 yaşlı S.Abdullayev və 24 yaşlı D.Əlizadə xəsarət alıblar. Yaralılar rayon xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.