Xaricdə yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edilən şəxs saxlanılıb. Bu barədə İnsanoid 18 yanvar tarixində xəbər verir.
Biləsuvar RPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat tədbirləri zamanı Nicat Babayev Biləsuvar rayonunun Yuxarı Ağalıkənd kəndi ərazisində saxlanılıb.
Ona məxsus idman çantasına keçirilən baxış zamanı oradan ayrı-ayrı bükümlərdə 7 kiloqrama yaxın heroin, 5 kiloqram 200 qram həşiş qətranı, 500 qram marixuana, 390 qrama yaxın metamfetamin və 230 ədəd metadon həbi aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı məlum olub ki, N.Babayev həmin narkotik vasitələrin satışını təşkil etməli imiş.
Biləsuvar RPŞ-nin əməkdaşlarının cari ilin əvvəlindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyatlar zamanı 11 nəfər saxlanılıb.
Faktlarla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.
[caption id="attachment_102168" align="alignnone" width="640"]
Foto DİN[/caption]