Biləsuvar rayonunda mağazada oğurluğa cəhd edən şəxslər tutulublar. Bu barədə Report məlumat verib.
Dekabrın 12-si saat 02:00 radələrində rayonun Günəşli kəndində mağazaların birindən oğurluğa cəhd etməkdə şübhəli bilinən rayon sakini İ.Şəbizadə, Quba rayon sakinləri V.Ağabalayev və R.Mirzəyev saxlanılıblar.
Araşdırmalarla onların dekabrın 7-də Quba rayonunun Vladimirovka kəndində iki mağazadan ümumilikdə 840 manat pul və 1352 manat dəyərində tütün məmulatı oğurlamaları da müəyyən olunub.
Araşdırma aparılır.