Biləsuvar rayonunun İ.İsmayılıov adına Ovçubərə kənd tam orta məktəbində direktorla müəllim arasında insident yaşanıb. Bununla bağlı görüntüləri tanınmış təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə yayımlayıb.
Görüntülərdə məktəbin direktoru Üzeyir Eyvazov və riyaziyyat müəllimi R.Əmirov arasında baş verən münaqişə lentə alınıb.