Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda noyabrın 25-də Report xəbər verib.
Hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb. Qəza zamanı minik avtomobili ilə motosiklet toqquşub. Nəticədə iki nəfər, 1988-ci il təvəllüdlü O.Bayramov və 2010-cu il təvəllüdlü M.Bayramlı xəsarət alıblar.
Yaralılar rayon xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.