Bu gün, dekabrın 9-da Biləsuvarın üç yaşayış məntəqəsi qazlaşdırılıb. Bu haqda Report xəbər yayıb.
Belə ki, Biləsuvar şəhərinin “Təyyarə meydanı”, “Aqrolizinq” və “PMK-19” adlanan yeni yaşayış massivlərinə təbii qaz verilib.
“Təyyarə meydanı” adlanan hissədə 170 abonent, “Aqrolizinq” adlanan hissədə 50 abonent və “PMK-19” adlanan yaşayış məntəqəsində 25 abonent olmaqla ümumilikdə 245 abonent mavi yanacaqla təmin edilib.