Biləsuvar şəhərində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində bir nəfər qadının cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə 25 aprel tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
“Ümumilikdə partlayışla əlaqədar FHN tərəfindən həyata keçirilmiş axtarış-xilasetmə əməliyyatı nəticəsində dağıntılar altından 2 nəfər sağ çıxarılıb, 1 nəfərin isə cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib”, - məlumatda qeyd olunub.
Məlumata görə, Biləsuvarda partlayış baş verən binadan sakinlər təxliyə olunublar. 37 ailə Olimpiya kompleksinə yerləşdirilib. Binada kommunal xidmətlər dayandırılıb.
Qeyd edək ki, partlayış aprelin 24-ü saat 19 radələrində Biləsuvar rayonu, Heydər Əliyev prospekti, 5 ünvanında yerləşən yaşayış binasında baş vermişdir.
İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.
[playlist type="video" tracklist="false" ids="113669"]