Biləsuvarda baş verən yol qəzasında 5 nəfər xəsarət alıb. Bu barədə Report 17 mart tarixində xəbər verib.
Hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan TIR-la "VAZ-2107" markalı minik avtomobili toqquşub.
Qəza zamanı 56 yaşlı Valeh Məmmədov, 36 yaşlı Vahid Paşayev, 61 yaşlı Fəridə Hadıyeva, 42 yaşlı Elman Kərimov və 1949-cu il təvəllüdlü Rəfiqə Əhmədova xəsarət alıblar.
Yaralanan 5 nəfərin hamısı Biləsuvar sakinləridir. Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.