Bakıda Salyan sakini oğurluq və dələduzluğa görə saxlanılıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 10 dekabr tarixində xəbər verir.
Biləcəri qəsəbə sakinləri olan iki nəfərin ayrı-ayrı vaxtlarda bank hesablarından pullarını oğurlamaqda, Bakı və Şamaxı sakinləri olan daha iki nəfəri isə aldadaraq 620 manat məbləğində pullarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Salyan rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Füzuli Nəcəfov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.