Bakı şəhərinin Binəqədi rayonunda kişi, oğlu və gəlini dəm qazından boğularaq ölüblər. Bu barədə 9 mart tarixində Report məlumat verib.
Hadisə ötən gün rayonun Sulutəpə qəsəbəsində qeydə alınıb.
Belə ki, həmin ünvanda kirayədə yaşayan 1967-ci il təvəllüdlü Rafiq Əliyev, oğlu - 1999-cu il təvəllüdlü Elvin Əliyev və sonuncunun həyat yoldaşı - 2005-ci il təvəllüdlü Aysu Mirzəliyevanın dəm qazından zəhərlənərək ölmələri barədə Binəqədi rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.