Binəqədidə oğurluq edən şəxslər barəsində polis tədbir görüb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 13 dekabr tarixində xəbər verir.
Binəqədi rayonunun Mehdiabad qəsəbəsində bir nəfərin içərisində 1070 manatı və sənədləri olan, Binəqədi qəsəbəsində isə digər şəxsin içərisində 1000 manatı, sənəd və bank kartı olan pulqabılarını qeyri-aşkar şəraitdə oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Rüfət Əliyev və Abşeron rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Rəşid Ağayev müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.