Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin direktoru Turan Məmmədli işdən azad olunub. Bu barədə 3 fevral tarixində APA məlumat verib.
Məktəbin müəllimləri dərs keçməyiblər və direktorun işdən azad olunması üçün müraciətə müəllimlərin hamısı imza atıb.
Etirazlardan sonra Təhsil naziri Rəhman Məmmədov məktəbə gəlib. Bu gün axşam saatlarında isə müəllimlər Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin qəbulunda olublar. Görüş səmərəli keçirilib.
Görüşdən sonra fevralın 1-də təyin olunan direktor Turan Məmmədlinin işdən azad olunduğu nazirlik tərəfindən bildirilib.
Qeyd edək ki, T. Məmmədli həm də Naxçıvan Ali Məclisinin deputatıdır.